XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

16 Sentyabr 2018 - 23:42

NATO Suriya sahillərinə ordu yığır –Aralıq dənizinə çoxsaylı hərbi gəmilər gətirilib

NATO-nun İkinci daimi hərbi dəniz qrupunun döyüş gəmiləri Suriya sahillərinə yaxınlaşıb.

Bunu ixtisaslaşmış Qərb dəniz resurslarının monitorinq məlumatlarına istinadən “İnterfax” yazıb.

Bildirilir ki, indi Şərqi Aralıq dənizi ərazisində Kanada, Yunanıstan və Niderlandın hərbi dəniz qüvvələrinin gəmiləri keşik çəkir.

Bundan əvvəl Suriya sahillərində Böyük Britaniya Kral donanmasının 10 ədəd qanadlı “Tomaqavk” raketi ilə təchiz edilmiş “Talent” zərbəçi atom sualtı qayğıı da nəzərə çarpıb. Ərazidə həmçinin ABŞ Hərbi Dəniz Qüvvələrinin azı 204 “Tomaqavka” ilə təchiz edilmiş gəmi qrupu var.