XƏBƏR LENTİ

18 Sentyabr 2020

Digər Xəbərlər

17 Sentyabr 2018 - 19:00

Prezident yeni İşçi Qrupu yaratdı, vitse-spiker sədr oldu –SİYAHI

Prezident İlham Əliyev bu gün “Ələt azad iqtisadi zonasının inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

Strateq.az bildirir ki, sərəncama əsasən, Ələt azad iqtisadi zonasının (bundan sonra – Azad Zona) inkişafının təmin edilməsi məqsədilə İşçi qrupu yaradılıb.

İşçi qrupun rəhbəri

Valeh Ələsgərov – Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini

İşçi qrupun üzvləri

Samir Nuriyev – Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin sədri

Kərəm Həsənov – Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri

Əli Abdullayev – Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini

Azər Bayramov – Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Niyazi Səfərov – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Rauf Hacıyev – Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Süleyman Mikayılov – Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı

Saleh Məmmədov – Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri

Qorxmaz Hüseynov – “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri

Balababa Rzayev – “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti

Cavid Qurbanov – “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri

Taleh Ziyadov – “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru

Vüqar Əhmədov – “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini

Əkbər Hacıyev – “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru.

Sərəncama əsasən, İşçi qrup müvafiq sahədə nüfuzlu beynəlxalq məsləhətçi şirkətləri cəlb etməklə on ay müddətində Azad Zonanın təkmilləşdirilmiş mərhələli inkişaf konsepsiyasını və onun həyata keçirilməsinin ətraflı planını, Azad Zona ərazisinin zonalaşdırılması barədə təkliflərini, ətraf mühitin mövcud vəziyyəti barədə məlumatları və digər məsələləri hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələlərin həlli tapşırılıb.