XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

17 Sentyabr 2018 - 20:13

Ərdoğan və Putinin Soçi görüşü başa çatdı –Qapalı görüş 1 saat 50 dəqiqə çəkib

 

 Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putinin Soçidə keçirilən görüşü başa çatıb.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, mətbuata qapalı keçən görüş 1 saat 50 dəqiqə davam edib. Təkbətək görüşdən sonra prezidentlər nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparıblar. Liderlərin görüşündə Suriya məsələsi başda olmaqla, bir sıra regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldığı bildirilir.

Rəcəb Tayyip Ərdoğan görüşün əvvəlində Türkiyənin Rusiya ilə siyasi, hərbi, iqtisadi və digər sahələrdə əlaqələrinin genişləndiyini diqqətə çatdırıb. Xüsusən regional mövzularda iki ölkənin mövqeyinin bölgəni də umidləndirdiyini deyən Türkiyə Prezidenti bildirib ki, bu gün dünyanın gözü Soçidədir.

Rusiya Prezidenti Vladimir Putin qeyd edib ki, iki ölkənin əlaqələri yüksələn xətlə inkişaf edir, bölgənin təhlükəsizliyi baxımından əməkdaşlığımız genişlənir. “Müzakirə edəcəyimiz çoxlu mövzular var. Onları həm gözdən keçirəcək, həm də həll yolları axtaracağıq”, – deyə V.Putin bildirib.