XƏBƏR LENTİ

18 Sentyabr 2020
17 Sentyabr 2020

Digər Xəbərlər

18 Sentyabr 2018 - 10:20

XİN-in mətbuat katibinə yüksək vəzifə verildi –Prezident Administrasiyasında

Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev sentyabrın 17-də Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbərinin müavini vəzifəsinə təyin olunub.

Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri vəzifəsi Novruz Məmmədovun baş nazir təyin olunmasından sonra boş qaldığı üçün Hikmət Hacıyev faktiki olaraq şöbə rəhbərinin səlahiyyətlərini icra edəcək.

H.Hacıyev 2014-cü ildən XİN-in Mətbuat xidmətinin rəhbəri işləyirdi/Teleqraf.com.