XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

18 Sentyabr 2018 - 13:38

İran və Suriya müxalifəti Türkiyə-Rusiya razılaşmasını alqışladı –İdlib ekstremist-terrorçulardan təmizlənməlidir

İran və Suriyanın müxalifət qrupları Rusiyayla Türkiyənin İdlib vilayətinə hücumu önləməklə bağlı planını alqışlayıb. Xatırladaq ki, Suriya hökuməti üsyançıların bu sonuncu istehkamına hücuma hazırlaşırdı.

Rusiya, Türkiyə və İran arasında intensiv məsuliyyətli diplomatiya İdlibdə müharibəni önləyə bildi, ekstremist terrorçuluqla mübarizə öhdəliyini də qətiyyətlə ortaya qoydu, – İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif sentyabrın 18-də tvitində yazıb“Diplomatiyanın təsiri olur”, – o, sözlərinə əlavə edib.

Rusiya və Türkiyə prezidentləri sentyabrın 17-də razılığa gəliblər ki, İdlibdə hökumət və üsyançı qüvvələri bir-birindən ayırmaq üçün hərbsizləşdirilmiş bufer zonası yaradılsın.

Suriya müxalifəti də razılaşmanı alqışlayıb. Suriya Danışıqlar Komissiyasının sözçüsü Yəhya – əl Aridi “Reuters” informasiya agentliyinə deyib ki, bu razılaşma suriyalıların həyatını qorudu, indi sülh cığırının açılmasının vacibliyinə işarədir.

Azad Suriya Ordusundan Mustafa Sejari deyib ki, bu razılaşma “dinc sakinləri rejim tərəfindən hədəfə alınmaqdan qoruyur. Bu, Suriya prezidenti Bəşər Əsədin Suriyanı tam nəzarətə almaq arzusunu gözündə qoyur”

Moskvayla Tehran 2011-ci ildən bəri Suriyada gedən vətəndaş müharibəsində Əsədi dəstəkləyiblər. Onlar İdlib vilayətində “terrorçular”ın kökünü kəsməkdən ötrü hücuma hazırlaşırdılar.

Üsyançı qrupları dəstəkləyən Türkiyə qan çanağını önləmək üçün atəşkəsə çağırırdı. Ankara deyirdi ki, bu əməliyyat Türkiyənin cənub sərhədində qaçqın böhranı yaradar.

Türkiyədə 3 milyondan çox suriyalı qaçqın yaşayır.

Sentyabrın 17-də Rusiyanın Soçi şəhərində görüşən Rusiya prezidenti Vladimir Putin və türkiyəli həmkarı Rəcəp Tayyip Ərdogan İdlibdə bufer zona yaratmağa razılaşdıqlarını bildiriblər.

(Azadlıq radiosu)