XƏBƏR LENTİ

18 Sentyabr 2020

Digər Xəbərlər

18 Sentyabr 2018 - 18:23

Prezident yol tikintisinə 3 milyon ayırdı –Sərəncam

Prezident İlham Əliyev sentyabrın 18-də “Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi (81 km)–Biləsuvar avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Strateq.az xəbər verir ki, Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi (81 km)–Biləsuvar avtomobil yolunun yenidən qurulması məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 3 milyon manat ayrılıb.