XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

20 Sentyabr 2018 - 00:45

Prezident Əmlak Məsələri Dövlət Komitəsinin fəaliyyəti haqda fərman verdi –Nələr dəyişdi?

Prezident İlham Əliyev bu gün “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Fərmana dəyişiklik edib.

Strateq.az bildirir ki, bununla bağlı verilən fərmana əsasən, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1154-VQD nömrəli Qanununun tətbiqi ilə aşağıdakı qərar verilib:

1. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 5, maddə 522; 2018, № 1, maddə 39) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3.0.15-ci yarımbəndə “təqdim etmək,” sözlərindən sonra “dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla” sözləri əlavə edilsin;

1.2. aşağıdakı məzmunda 3.0.15-1-ci yarımbənd əlavə edilsin:

“3.0.15-1. strukturuna daxil olan qurum vasitəsilə “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsinə razılıq vermək;”.

2. “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

2.1. 3.0.3-cü yarımbəndə “təqdim etmək,” sözlərindən sonra “dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla” sözləri əlavə edilsin;

2.2. aşağıdakı məzmunda 3.0.3-1-ci yarımbənd əlavə edilsin:

“3.0.3-1. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsinə razılıq vermək;”.