XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

11 Fevral 2016 - 17:52

Azərbaycanda mobil telefon monopoliyası ləğv olunur

mobil-telefonlar_0“United Telecom” MMC Şirkətlər Qrupu ləğv edilir. “Marja”nın məlumatına görə, 2009-cu ildə yaradılmış şirkət ləğvetmə prosesindədir.

“United Telecom” 2009-cu ildə Azərbaycanda fəaliyyət göstərən mobil telefon idxalçıları tərəfindən yaradılmış bir alyansdır. Alayansa “Mobitel”, “İntegral”, “Caspian Mobile” və “Sun Mobile” kimi böyük şirkətlər daxildir.

“İntegral” şirkəti “Samsung Mobile”ın ölkəmizdə rəsmi distribütorudur. “Microsoft”un aldığı “Nokia”nın Azərbaycandakı rəsmi distribütoru isə “MobiTel” şirkəti idi.

“Caspian Mobile” Şirkəti Azərbaycanda Sony, HTC və Blackberry mobil telefonlarının rəsmi distribütorudur. Bu şirkət əvvəllər iPhone telefonlarının da Azərbaycanda rəsmi distribütoru olub, lakin sonradan başqa bir şirkət bu hüququ “Caspian Mobile”ın əlindən alıb.

“FLY”, “Alcatel”, “Lenovo”, “Texet” və digər bu kimi telefonların Azərbaycanda rəsmi distribütoru isə “Sun Mobile” şirkətidir.

Bir müddət əvvəl mətbuatda Vergilər Nazirliyinin “United Telekom” MMC-ni yoxladığı və şirkətin milyonlarla manat vergini gizlətdiyini üzə çıxartdığı barədə məlumatlar yayılmışdı.

Yerli KİV yazır ki, “United Telekom” Azərbaycanda Rusiya prezidenti Vladimir Putinin tələbəlik dostu kimi tanınan iş adamı İlham Rəhimovun kürəkəni Araz Mehdiyevindir.

Bu şirkətin direktoru kimi Əliyev Kamran Əli oğlu göstərilir. Araz Mehdiyevə məxsus bütün bu şirkətlər “United Telekom” adlı şirkətin tərkibindədir. Azərbaycana telefonların böyük bir hissəsi bu 4 şirkət tərəfindən gətirilir.