XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

21 Sentyabr 2018 - 09:12

Polşa prezidenti ABŞ-a öz ərazisində hərbi baza yaratmağı təklif etdi:"Onu "Tramp istehkamı" da adlandıra bilərik"

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların Polşada ABŞ-ın daimi hərbi bazasının yaradılması məsələsini nəzərdən keçirdiyini bildirib. Ağ Evdə keçirilən birgə mətbuat konfransında Polşa prezidenti Andjey Duda deyib ki, onun ölkəsi bazanın təkcə maliyyələşdirilməsinə yardım etmək deyil, həm də onun “Tramp istehkamı” adlandırılmasını istərdi.

Ağ Evdə keçirilən görüş zamanı prezident Donald Tramp və Polşa prezidenti Andjey Duda iki ölkə arasında müdafiə və hərbi sahələrdə əməkdaşlığın gücləndirilməsi haqda razılıq əldə edib.

ABŞ prezidenti Donald Tramp: “Biz Polşa rəhbərliyinə müdafiə xərcləri və NATO-nun yükünün bölüşdürülməsinə görə minnətdarıq. Mən Polşanın NATO-nun müdafiə xərclərinə dair öhdəliklərini bölüşdürməsini yüksək qiymətləndirərəm. Şadam ki, ölkə üzərinə götürdüyü 2 faiz minimum kimi öhdəlikdən daha artıq maliyyə xərcləməyi planlaşdırır”.

Polşa prezidenti Andjey Duda ABŞ prezidentini Polşada daha artıq əsgəri qüvvəyə yerləşdirməyə dəvət edib və onu Varşavanın Rusiya tərəfindən işğalçılıq siyasəti hesab etdiyi təhlükənin qarşısını almaq üçün Amerikanın daimi hərbi bazasını yaratmağa təşviq edib.

Andjey Duda hətta xərclərin kompensasiya edilməsi məqsədilə 2 milyard dollardan artıq vəsait təklif edib.

Polşa prezidenti Andjey Duda: “Mən cənab prezidentlə danışanda gülümsəyirdim. Mən dedim ki, Amerikanın Polşada daimi bazasının yaradılmasını çox istərdim. Biz onu Tramp qalası adlandırardıq. Mən tam əminəm ki, bu, mümkündür. Mən əminəm”.

Polşa mart ayında hərbi qüvvələrin modernləşdirilməsi məqsədilə ABŞ-dan 4.75 milyard dollara “Patriot” müdafiə sistemini almaq haqda müdafiə sahəsində tarixdə ən böyük müqaviləni imzalayıb.

Keçən həftə Rusiya Soyuq müharibə dövründən sonra ən böyük hərbi manevrlər keçirib. İlk dəfə olaraq hazırda ABŞ-la münasibətləri gərgin olan Çin də Rusiya ilə manevrlərdə iştirak edib.

(Amerikanın səsi)