XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 September 2018 - 11:31

ABŞ Qarabağ danışıqlarını intensivləşdirməyə çağırdı –Maykl Pompeo Paşinyan hökumətinə mesaj verdi

ABŞ Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə sadiqdir və tərəfləri tezliklə intensiv danışıqları bərpa etməyə çağırır”.

Ermənistan KİV-lərinin yaydığı məlumata görə , bunu ABŞ-ın dövlət katibi Maykl Pompeo bildirib.

O, Ermənistanın müstəqillik günü ilə bağlı müraciətində bu ölkədə baş verən son dəyişikliklərə də toxunub: “Demokratik institutların möhkəmlənməsi, korrusiyaya qarşı mübarizə və iqtisadiyyatın artımının tənzimlənməsində Ermənistan xalqı və hökuməti ilə birgə fəaliyyət göstərəcəyimizi səbirsizlikə gözləyirik”.