XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 September 2018 - 11:37

Azərbaycan ordusu ağır artilleriyadan atəş açır… –İrimiqyaslı təlimdən gecə görünütləri yayıldı (Video)

Azərbaycan ordusunun genişmiqyaslı təlimlərinin planına uyğun olaraq müxtəlif poliqonlarda gecə vaxtı və məhdud görmə şəraitində döyüş atışları icra olunub. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti bildirir.

Təlimlərə cəlb olunan qoşunlar silahlanmada olan müasir silah və hərbi texnikanın tətbiq ilə şərti düşmənin bütün hədəflərini məhv edərək qarşıya qoyulan tapşırıqları yerinə yetiriblər.

Bundan əvvəl Azərbaycan ordusunn təlimlərə cəlb edilmiş bölmələr gündüz vaxtı düşmən müdafiə səddinin yarılması üçün artilleriya hazırlığını, hava zərbələrini və tankların dəstəyi ilə sürətli hücumu sınaqdan keçirmişdi.