XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 September 2018 - 23:17

Ukrayna Rusiyaya nota göndərib- Dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında müqavilənin ləğvi ilə bağlı

Ukrayna Xarici İşlər Nazirliyi dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında müqavilənin ləğvi ilə bağlı Rusiyaya nota göndərib.

Bu barədə Ukraynanın xarici işlər naziri Pavel Klimkin bu gün keçirdiyi mətbuat konfransında deyib.

“Bu gün notanı Rusiya dövlətinə təqdim etmişik”, – deyə XİN rəsmisi əlavə edib.

Qeyd edək ki, 1997-ci ildə imzalanan dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında müqavilədə Ukrayna və Rusiya arasında qarşılıqlı hörmət, suveren bərabərlik, ərazi bütövlüyü, sərhədlərin pozulmazlığı, mübahisələrin sülh yolu ilə həlli, iqtisadi və digər növ təzyiq vasitələrindən istifadə də daxil olmaqla, güc tətbiq etməmək və güclə hədələməmək prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq münasibətlərinin qurulması nəzərdə tutulurdu/Report.