XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

11 Fevral 2016 - 21:48

Müxalif lider Aleksey Navalnı Putinə qarşı iddia qaldırdı – Açıqlama

putin-00-88 (1)Müxalifətçi Aleksey Navalnı Rusiya prezidenti Vladimir Putinə qarşı Moskvanın Tversk məhkəməsində administrativ iddia irəli sürüb. 

Navalnının fikrinə görə, Rusiya prezidenti, 2015-ci ilin oktyabrında SİBUR şirkətinə Milli Rifah Fondundan vəsait ayırarkən maraqların münaqişəsinin olduğunu bildirmədiyi üçün  “Korrupsiyaya qarşı fəaliyyət haqqında” federal qanunu pozub.

Navalnı “Reyter” agentliyinin noyabrda dərc etdiyi araşdırmaya əsasən öz saytında yazır ki,  SİBUR-un idarə heyətinin üzvü olan Kirill Şamalov Vladimir Putinin qızı olduğu deyilən Katerina Tixonovanın əridir, deməli o, prezidentin kürəkənidir.

“Bizim tələbimiz: maraqların münaqişəsinin etirafıdır, bu münaqişə barədə məlumat vermək və şəxsən qərar qəbul etməməkdir”, – Navalnı yazır.

Navalnı onu da iddia edib ki, məhkəmə ilə yanaşı, müxalifətçilər Baş Prokurorluğa və Prezident administrasiyasına da məktub yazıblar.

Putinin mətbuat katibi Dmitri Peskov TASS agentliyinə bayan edib ki, Navalnı tərəfindən qaldırılan iddiadan prezident xəbərsizdir.

Oxu.az