XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 September 2018 - 15:48

BMT Təhlükəsizlik Şurası qətnamə qəbul edib- Sülhməramlıların işinə nəzarətin yaxşılaşdırılması ilə bağlı

BMT Təhlükəsizlik Şurası (TŞ) təşkilatın sülhməramlı missiyalarının işinə nəzarəti yaxşılaşdıran qətnamə qəbul edib.

Qətnamə hərbi və polis kontingenti təqdim edən bütün ölkələri heyətin, hazırlığın və təchizatın BMT-nın səmərəlilik standartlarına uyğun gəlməsini təmin etməyə, ən yüksək davranış keyfiyyətlərinə riayət olunmaqla qarşıya qoyulan vəzifələrin icrasına kömək etməyə çağırıb.

TŞ ölkələri sülhməramlı əməliyyatlarda seksual təqib hallarının qəbuledilməzliyinə diqqət yetiriblər. Bununla bağlı olaraq sənəddə sülhməramlı heyətə münaqişə şəraitində seksual zorakılığa və insan alverinə aid məsələlərlə bağlı təlim keçmək, bu məsələlər üzrə ayrıca hərbi qulluqçu və polis əlaqələndiricilər təyin etmək tövsiyələri yer alıb/Azərtac.