Prezident İlham Əliyev bu gün sərəncam imzalayıb.
Strateq.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Tahir Süleyman oğlu Süleymanov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilir.
Qeyd edək ki, Tahir Süleymanov Milli Məclisin deputatıdır.