XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

23 Sentyabr 2018 - 11:33

İranın ali dini liderindən paraddakı terrorla bağlı bəyanat:"Bu, ABŞ-ın regiondakı əlaltılarının sui-qəsdidir"

İranın ali dini lideri ayətulla Əli Xamenei iddia edir ki, Əhvaz şəhərində hərbi parad zamanı törədilən terror aktının arxasında ABŞ rəhbərliyi altında fəaliyyət göstərən dövlət durur.

“RİA Novosti” xəbər verir ki, bu barədə Xameneinin saytına yerləşdirilən məlumatda bildirilir.

“Əhvazdakı dəyərli vətəndaşlarımızın öldüyü və muzdlu terrorçular tərəfindən törədilən amansız və kədərli faciə İran milləti düşmənlərinin pis niyyətini bir daha nümayiş etdirdi. Bu cinayətlər bizim sevimli ölkəmizdə təhlükəli vəziyyətin yaradılması məqsədi güdən ABŞ-ın regiondakı əlaltılarının sui-qəsdidir”, — deyə Xamenei bəyanatında bildirib/Report.