XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

23 Sentyabr 2018 - 13:11

İranda terror törədən şəxslər Avropa ölkələrində gizlənib? –Rəsmi Tehran 3 ölkə qarşısında tələb qaldırdı

İranın Əhvaz şəhərində baş verən teraktla bağlı Niderland, Danimarka səfirləri və Böyük Britaniyanın müvəqqəti təyin olunmuş nümayəndəsi XİN-ə çağırılıb.

Bu barədə İran XİN rəsmi nümayəndəsi Bəhram Qasımi danışıb.

Qasıminin sözlərinə görə, hər üç ölkənin nümayəndəsinə Əhvazdakı teraktla əlaqəsi olan terrorçuların onların ölkəsində gizlənməsi barədə məlumat verilib. Onların həbs edilməsi və məhkəmə qarşısına çıxarılması barədə diplomatlara çağırış edilib.

“Avropa Birliyinin ərazisində cinayət törətməyənə qədər qurumun bu terror qruplaşması üzvlərinin adlarını qara siyahıya salmaması qəbuledilməzdir”, – XİN sözçüsü bildirib/Axar.az.