XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

23 Sentyabr 2018 - 14:02

“İslam Dövləti” İrandakı terroru öz üzərinə götürdü –Xarici işlər naziri Zərif isə region ölkələrini günahlandırır (Video)

Son məlumata görə, İranda hərbi paradın atəşə tutulması nəticəsində azı 24 nəfər ölüb , 53 nəfərsə yaralanıb.

Strateq.az xəbər verir ki, bu barədə ölkənin rəsmi İRNA agentliyi və dövlət televiziyası məlumat verib. İnsident sentyabrın 22-də Əhvaz şəhərində baş verib. İRNA agentliyinin məlumatına görə hücumu hərbi geyimdə olan yaraqlılar törədib və atəşma zamanı onlardan 3- hadisə yerində öldürülüb, biri isə yaralanaraq xəstəxanada keçinib.

Agentlik bildirir ki, ölənlərin arasında qadın və uşaqlar da daxil olmaqla mülki şəxslər də var. “Tasnim” agentliyi isə bildirir ki, ölənlərdən azı 8-i qvardiyaçıdıdır.

Hücuma görə cavabdehliyi “İslam Dövləti” və “Əhvaz Milli Müqavimət” qrupu üzərlərinə götürüblər.

İranın xarici işlər naziri Cavad Zərif “Tvitter” hesabında yazıb ki, bu hücuma görə regional ölkələr və onların ustası ABŞ cavabdehlik daşıyır və İran buna qəti reaksiya verəcək.

Şənbə günü İranın bir neçə şəhərində İraq-İran müharibəsinin (1980-1988) il dönümü münasibətilə hərbi parad keçirilib. (Azadlıq radiosu)