XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

23 Sentyabr 2018 - 22:06

ABŞ İranın terror ittihamlarına cavab vedi:"xalq bezib və hamısı buradan irəli gəlir"

ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli İranın şənbə günü hərbi parad zamanı törədilmiş hücuma görə Birləşmiş Ştatlar və onun Körfəz bölgəsindəki müttəfiqləri ilə əlaqədar ittihamlarını rədd edib və Tehranın ölkənin özünə baxmalı olduğunu deyib.

Strateq.az xatırladır ki, BMT-nin Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Nyu-Yorka yola düşməzdən əvvəl Tehranda danışan Ruhani 25 adamın ölümü və təxminən 70 nəfərin yaralanması ilə nəticələnmiş hücuma görə Birləşmiş Ştatlar da daxil olmaqla başqa ölkələri günahlandırıb.

Nikki Heyli Ruhaninin şərhlərinin ritorika olduğunu deyərək, onları rədd edib.

ABŞ səfiri hücumu qınayıb, lakin deyib ki, ölkənin rəhbərləri iğtişaşların arxasında dayanan səbəbləri tapmaq üçün ölkənin özünə baxmalıdır.

“Ruhani öz xalqına uzun zamandır zülm edir və bunun haradan gəldiyini anlamaq üçün öz bazasına baxmalıdır. İran xalqı bezib və bunun hamısı buradan gəlir. O bizi hər şeydə günahlandıra bilər. Amma onun güzgüyə baxması lazımdır”, Nikki Heyli CNN telekanalına müsahibədə bildirib.

Müsahibə zamanı Nikki Heyliyə hücumdan sonra prezident Donald Trampın şəxsi vəkili Rudi Culianinin açıqlamaları ilə bağlı sual verilib. Culiani İranın müxalif qrupuna deyib ki, ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar müvəffəq inqilaba gətirib çıxaracaq iqtisadi zərbəyə səbəb ola bilər.

Culiani bundan əvvəl də İranla bağlı bu kimi açıqlamalar verib. ABŞ Dövlət Departamenti onun administrasiyanın adından danışmadığını bildirib.

Səfir Heyli Rudi Cilianinin adını çəkmədən müsahibədə bildirib ki, Birləşmiş Ştatlar İranda rejim dəyişikliyinə çalışmır.

İranla dünya qüdrətləri arasında 2015-ci ildə imzalanmış nüvə müqaviləsindən çıxdıqdan sonra razılığa görə yüngülləşdirilmiş sanksiyaları yenidən bərpa etməsinə baxmayaraq, Tramp administrasiyasının siyasəti rejim dəyişiklikliyini nəzərdə tutmur. Nikki Heyli deyib ki, Vaşinqton Tehran ballistik raket sınaqları keçirməyə, terrorizmi dəstəkləməyə və silah satmağa davam etdiyi zaman İranın regionda zərərli fəaliyyətlərinin qarşısını almağa çalışır.

Tehrana qarşı iqtisadi sansksiyaların bərpası gərginliklərin daha da artmasına səbəb olub. ABŞ administrasiyası eyni zamanda, İrana qarşı regionda “bəd əməllər” adlandırdığı fəaliyyətlərinə son qoyması üçün təzyiqləri artırıb.