XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 September 2018 - 22:21

Divar avtomobillərin üzərinə aşdı –Güclü yağış Bakıda ciddi fəsadlara səbəb olub (Fotolar)

Bu gün Bakıda yağan güclü yağış Bakıda ciddi fəsadlara yol açıb. Paytaxın əsas küçə və prospektlərində nəqliyyatın hərəkəti çətinləşib, tunellərə və metrostansiyaları sel basıb. Kanalzasiya sistemləri daşıb, həyət evlərinə, iş yerlərinə su dolub, işıqforlar saatlarla işləməyib.

Sosial mediada yayılan görüntülərdən aydın olur ki, leysan yağışlar paytaxtın bəzi ərazilərində sakinlərə böyük maddi zərər vurub. Belə ki, görüntülərin birində daş divarın sel sularının təsiri ilə yaxınlıqda dayanan avtomobillərin üzərinə aşdığı görünür. Nəticədə bir neçə avtomobil yararsız hala düşüb.

Hidrometeoroloji xidmətdən bildirilib ki, bu gün Bakıya bir aylıq norma həddində yağış düşüb.

Elmar