XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

24 Sentyabr 2018 - 09:05

İdlibdəki silahlı müxalifət Türkiyə ilə əməkdaşlıq edəcəyini bəyan etdi:“Milli azadlıq cəbhəsi” Rusiya və İrandan ehtiyatlanır

Suriyanın İdlib əyalətindəki silahlı müxalifət yerli sakinləri müharibədən qorumaq və Moskva ilə Türkiyə arasındakı razılaşmanı təmin etmək üçün Türkiyə ilə əmkdaşlıq edəcəyini bəyan edib.

Bu barədə “Reuters” agentliyi sentyabrın 23-də “Milli azadlıq cəbhəsi” qrupuna istinadla xəbər yayıb. ABŞ-ın dəstəklədiyi “Suriya azadlıq ordusu”nun əksər fraksiyaları da bu qrupa daxildir.

Amma qrup bildirib ki, atəşkəs razılaşması pozulsa yenidən öz torpaqları uğrynda mübarizəni davam etdirəcəklər. Qrup bu razılaşmanın Rusiya, İran və Suriya prezidenti Bəşər Əsəd tərəfindən pozulmasını istisna eləmir.

Amma “Həyat Təhrir aş-Şam” qruplaşması hələlik Rusiya-Türkiyə razılaşmasına münasibət bildirməyib. Bu təşkilatda əvvəllər “Ən Nüsrə Cəbhəsi” kimi tanınan və 2016-cı ilədək “Əl Qaidə” nin silahlı qanadı olan qrup aparıcı rol oynayır. Onların hamısı ABŞ-da terrorçu təşkilatların siyahısına salınıb.

Xatırladaq ki, Türkiyə ilə Rusiya təxminən bir həftə əvvəl İdlibdə silahsız zona yaradılması və orda birgə patrul xidməti tətbiq edilməsi barədə razılıq əldə ediblər. İdlib ətrafındakı bu zona oktyabrın 15-dək yaradılmalı və bütün silahlı qruplar oranı tərk etməlidirlər. Razılaşmaya əsasən bu bölgəyə hücuma hazırlaşan Suriyanın hökumət qüvvələru əməliyyatı dayandırmalıdır. Silahsız zonanın eni təxminən 20 kilomtr olacaq.

(Azadlıq radiosu)