XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 September 2018 - 16:07

“Fitch”dən proqnoz:"ABŞ Rusiyanın dövlət borcuna qarşı sanksiya tətbiq etməyəcək

Fitch” beynəlxalq reytinq agentliyi ABŞ-ın Rusiyanın dövlət borcuna görə bu ölkənin banklarının dollarla əməliyyatlarına qarşı sanksiya tətbiq edəcəyini düşünmür.

Rusiyanın “Kommersant” nəşri xəbər verir ki, bu barədə agentliyin aparıcı müstəqil təhlilçisi Erik Arispe öz təqdimatında bildirib.

Bununla belə, ekspert Rusiyaya qarşı yeni və daha sərt sanksiyalar ehtimalının xeyli artdığı qənaətindədir. Bu da Rusiyanın özəl sektorunun beynəlxalq maliyyəyə çıxışına mənfi təsir edə bilər. Həmçinin ekspertin fikrincə, sanksiyaların mümkünlüyü iqtisadi artım perspektivlərinə də təsir edir.

ABŞ Senatında müzakirə olunacaq müvafiq qanun layihəsi bu il noyabrında qüvvəyə minə bilər/Report.