XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

25 Sentyabr 2018 - 17:14

Ermənistanda erkən seçki müzakirələri başladı:Paşinyan seçki tələb edir, Sarkisyanın partiyası isə vaxtı uzatmağa çalışır

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ səfərindən dönən kimi bütün siyasi qüvvələrin iştirakı ilə vaxtındanəvvəl parlament sçkisinin mümkünlüyünü müzakirə edəcək. “Azadlıq” radiosunun məlumatına görə, bunu Paşinyan sentyabrın 24-də Nyu-Yorkdan özünün “Facebook” səhifəsi ilə canlı yayımda deyib.

“Siyasi hadisələr göstərdi ki, mümkün qədər tez vaxtından əvvəl parlament seçkisi keçirmək lazımdır. Çünki siyasi qeyri-müəyyənlik ölkə iqtisadiyyatına yeni investorlar cəlb edilməsini əngəlləyir. Hesab edirəm ki, bələdiyyə şurasına keçirilən son seçki göstərdi ki, parlamentdəki qüvvələr çox az səs topladıqlarından mahiyyətcə bugünkü parlamentin mandatı yoxdur. Yeni seçkilərlə xalqa imkan yaratmalıyıq ki, nəhayət ölkədə siyasi prosesləri sosial-iqtisadi problemlərin həllinə yönəltmək üçün üstün saydıqları qüvvələri parlamentə gətirsin və çoxluq yaradaraq yeni baş nazir seçsin”, – Paşinyan deyib.

Keçmiş hakim “Respublika” partiyasının parlamentdəki fraksiyasının lideri Bagram Bagdasaryansa  deyib ki, onlar yeni parlament seçkisinə ehtiyac görmürlər.

O, istənilən müzakirəyə hazır olduqlarını bildirib, amma qeyd edib ki, öncə yeni seçki məcəlləsini müzakirə etmək və onu yaxşılaşdırmaq lazımdır. Bagdasaryan deyib ki, hazırda ölkədə vaxtındanəvvəl seçkidən həll olunmalı daha vacib məsələlər var.

Qeyd edək ki, sentyabrın 23-də Yerevan bələdiyyə şurasına keçirilən seçkidə Paşinyanın dəstəklədiyi “Mənim addımım” bloku qalib gəlib.

Bu blok səslərin əksəriyyətini qazandığından onun namizədi Ayk Marutyan birbaşa şəhər meri olacaq.

(Azadlıq radiosu)