XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 September 2018 - 17:40

Rəsmi Tehran ABŞ-ın görüş təklifini rədd etdi –Əli Əkbər Vilayəti bəyanat yaydı

İran hökuməti ABŞ-ın görüş təklifini rədd edib.

Bu barədə İranın Ali Dini liderinin beynəlxalq əlaqələr üzrə köməkçisi Əli Əkbər Vilayəti bəyanat yayıb.

Donald Trampın iki ölkə lideri arasında yüksək səviyyədə görüş keçirmə təklifi rəsmi Tehran tərəfindən birmənalı qarşılanmayıb.

O, bunu Ağ Evin İrana qarşı başlatdığı iqtisadi müharibə ilə əlaqələndirib.

Xatırladaq ki, bundan öncə ABŞ Dövlət Katibi Mayk Pompeo da İran prezidenti təklif verərsə, görüşməyə hazır olduqlarını deyib.

Həmçinin Donald Tramp öz Tvitter hesabında verdiyi açıqlamada İran prezidenti ilə görüş barədə heç bir planının olmadığını qeyd edib və “Əminəm ki, o çox xoş bir insadır” deyə əlavə edib/Teleqraf.com.