XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

25 Sentyabr 2018 - 18:20

İsrail hökuməti orduya əmr verdi:"Suriyada İran qüvvələrinə qarşı əməliyyatı davam etdirin"

İsrail hökuməti orduya rusiyalı həmkarlarla koordinasiyanı qorumaqla Suriyada İran qüvvələrinə qarşı əməliyyatları davam etdirmək əmri verib.

“RİA Novosti” xəbər verir ki, bu barədə İsrail Nazirlər Kabinetinin iclasının yekununda verilən bəyanatda deyilir.

Kabinet Rusiya Hərbi Kosmik Qüvvələrinə məxsus “İl-20” təyyarəsinin Latakiya bölgəsində vurulmasından sonra Rusiya ilə münasibətlərin mürəkkəbləşməsi ilə bağlı vəziyyəti müzakirə edib/Report.