XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

25 Sentyabr 2018 - 18:25

Ermənistan işğaldakı ərazilərimizdə hərbi təlim keçirir –XİN etiraz bəyanatı yaydı

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyilə sentyabrın 26-da Nyu-Yorkda planlaşdırılan görüşü ərəfəsində Ermənistanın atdığı bu addım həmsədrlərin fəaliyyətinə və ümumiyyətlə, münaqişənin həlli üzrə danışıqlar prosesinə xələl gətirmək məqsədi güdür.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin sentyabrın 25-28-də Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində hərbi aviasiyanın iştirakı ilə hərbi təlimlər keçirilməsi ilə bağlı şərhində vurğulanıb.

“Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində növbəti təxribatçı addımı vəziyyətin daha da gərginləşməsinə və ağır fəsadlara yol aça bilər. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə bu il sentyabrın 26-da Nyu-Yorkda planlaşdırılan görüşü ərəfəsində Ermənistanın atdığı bu addım həmsədrlərin fəaliyyətinə və ümumiyyətlə münaqişənin həlli üzrə danışıqlar prosesinə xələl gətirmək məqsədi güdür. Bir daha xatırladırıq ki, cəbhə bölgəsində vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür”, – məlumatda deyilir/Report.