XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

25 Sentyabr 2018 - 20:19

Elmar Məmmədyarov Pompeonun köməkçisi ilə görüşdü –Müzakirə + FOTO

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ves Miçel ilə görüşüb.

XİN-dən Strateq.az-a verilən məlumata görə, görüş BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində baş tutub.

Tərəflər ikitərəfli əməkdaşlıq gündəliyinin bir çox məsələləri üzrə fikir mübadiləsi aparıb. Görüşdə həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər müzakirə edilib.