XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 September 2018 - 21:15

“Bu dövlətlərin çoxunu biz müdafiə edirik, ancaq…” –Tramp neftin qiymətinin qalxmasını pislədi

ABŞ prezidenti Donald Tramp OPEC ölkələrini neftin qiymətini qaldırdıqlarına görə tənqid edib.

CNN xəbər verir ki, o, BMT Baş Assambleyasındakı çıxışı zamanı OPEC-ə üzv dövlətlərin bu yolla digər dövlətləri talan etdiklərini bildirib.

“Bunu da heç kim bəyənə bilməz. Bu dövlətlərin bir çoxunu biz müdafiə edirik. Onlar isə bundan istifadə edərək, nefti bizim üçün çox yüksək qiymətə satırlar”, – D.Tramp çıxışında deyib/Report.