XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 September 2018 - 22:57

Türkiyə prezidenti ticarət savaşına qarşı çıxdı:"Xaos çıxarmaq asandır, ancaq düzəni təmin etmək çətindir"

Türkiyə prezidenti Ərdoğan BMT Baş Assambleyasının 73-cü sessiyasında ABŞ-ın ölkəsinə açdığı iqtisadi müharibəyə də etiraz edib.

Strateq.az xəbər verir ki, Türkiyə lideri hazırda dünyada baş verən ticarət savaşlarının insanlara böyük zərər verdiyini deyib: “Ticarət savaşları hər dönəmdə insanlara zərər verib.  İqtisadi sanksiyaların silah kimi istifadə olunmasına heç birimiz səssiz qala bilmərik. Dünya ticarət düzəninin təktərəfli pozulmasına qarşı birlikdə çalışmalıyıq.  Xaos çıxarmaq asandır, ancaq düzəni təmin etmək çətindir”.

Ərdoğan bildirib ki, bu gün bəzi ölkələr israrla xaos çıxarmağa çalışır: “Ümidin yox olduğu qədər böyük təhlükə yoxdur. Türkiyə ticarətin də, insan hərəkətinin də azad olmasından yanadır. Biz problemləri dialoqla həll etmək istəyirik.  Ümumdünya Ticarət Təşkilatı, G-20, Avropa Birliyi kimi qurumlarla təsirli işbirliyindəyik. Hədəf qazanmaqla qazandır”.

Ərdoğan daha sonra ABŞ-ı nəzərdə tutaraq, Türkiyəyə qarşı basqı və ittihamları haqsızlıq adlandırıb: “Bizimlə eyni perspektivi paylaşan ölkələrlə siyasi və iqtisadi xoasdan dünyanı qutara biləcəyimizə inanırıq”.