XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

12 Fevral 2016 - 21:01

“Əgər Türkiyə bizə hücum edərsə…” –Əsəd sərt müqavimət və planlarından danışdı

esed“Türkiyə və Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinin Suriyaya hücumu istisna edilmir”. 

Strateq.az ANS-ə istinadən xəbər verir ki, bu sözləri Suriya prezidenti Bəşər Əsəd “Frans Press” agentliyinə müsahibəsində deyib.

O, ölkəsinin tamamilə azad olunana qədər terrorçularla mübarizəni davam etdirəcəyini bəyan edib: “Əgər Suriya belə bir hücumla qarşılarşarsa, ölkəsinin hərbi hava qüvvələri tam gücü ilə müqavimət göstərəcək. Bizim əsas məqsədimiz Hələb şəhəri Türkiyə arasında olan nəqliyyat yoluna nəzarəti bərpa etməkdir”.

Bəşər Əsəd onu da əlavə edib ki, Suriya müharibəsi üzrə sülh danışıqlar davam edərkən də hücumlar davam etdiriləcək.

Suriyada 2011-ci ildən silahlı münaqişə davam etməkdədir. Birləşmiş Millətlər Təşkilatının verdiyi açıqlamalara görə, indiyənə qədər münaqişə zəminində 220 mindən çox insan həlak olub. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə bəyan edib ki, Bəşər Əsədin əli 400 min insanın qanına batıb.

İŞİD əsasən İraq və Suriya ərazisində fəaliyyət göstərən silahlı paramilitar terror qruplaşmasıdır. 3 yanvar 2014-cü il tarixində müstəqilliyini, 29 iyun 2014-cü il tarixində isə yeni xilafət yarandığını elan etmiş terror təşkilatıdır.