XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 September 2018 - 14:32

Sinoptiklərdən xəbərdarlıq:"Qeyri-sabit hava şəraiti sentyabrın 28-dək davam edəcək"

Sinoptiklər ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildiriblər ki, Bakıda və Abşeron yarımadasında güclü küləkli hava şəraiti sentyabrın 28-i səhərədək davam edəcək.

Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraitinin sentyabrın 28-dək davam edəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi proqnozlaşdırılır.