Münhendə keçirilən Təhlükəsizlik Konfransında İrandan gözlənilməz açıqlama gəlib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Səudiyyə ilə münasibətləri normallaşdırmağa hazır olduqlarını bildirib: «İran Səudiyyə Ərəbistanı ilə Yaxın Şərq və Suriyanın təhlükəsizliyi məsələsini müzakirə etməyə hazırdır. Tehran və Ər-Riyad bir-birlərini regiondan ayrı tuta bilməz. Hər iki ölkənin Suriyada ortaq maraqları ola bilər. İran da, Səudiyyə də İŞİD təhlükəsi ilə üz-üzədir. Tehran Ər-Riyadla münasibətləri qorumaqda maraqlıdır».
Xatırladaq ki, iki ölkə arasında onsuz da yaxşı olmayan münasibətlər şiə din xadimi Nimr əl-Nimrin bu ilin yanvar ayında Səudiyyə krallığında edamından sonra daha da pisləşmişdi.