XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

26 Sentyabr 2018 - 20:57

Tramp:"İrana qarşı daha sərt sanksiya tətbiq edəcəyik"

“İranın hər cür bədniyyətli fəaliyyətlərinə qarşı bundan sonra da sərt sanksiyalar tətbiq edəcəyik”.

“RİA Novosti” xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp BMT Təhlükəsizlik Şurasında nüvə silahlarının yayılmamasına dair keçirilən iclasında çıxışı zamanı bildirib.

ABŞ prezidenti İranın nüvə proqramına qarşı bütün sanksiyaların noyabrın əvvəlindən tam gücü ilə qüvvəyə minəcəyini vurğulayıb: “Bundan sonra ABŞ əvvəlkindən daha sərt şəkildə əlavə sanksiyalar tətbiq edəcək. Bu sanksiyalara əməl etməyənlər çox ciddi problemlərlə üzləşəcəklər”.

Report