“ABŞ-ın Türkiyəyə qarşı sanksiyalar siyasəti iki ölkə arasında strateji tərəfdaşlıq prinsiplərinə ziddir”.
Bu sözləri Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan PBS telekanalına müsahibəsində deyib:
“Biz NATO çərçivəsində ABŞ-ın strateji tərəfdaşıyıq. Bizim tərəfdaşımız olan hər bir ölkədə mümkün sanksiyalar barədə danışmaq yersiz olardı. Türkiyə strateji tərəfdaş kimi öz öhdəliklərini həmişə yerinə yetirib, biz bunu bundan sonra da edəcəyik”.
Türkiyənin dövlət başçısı həmçinin ABŞ-ı PKK-nın qolu olan YPG və PYD ilə əməkdaşlıqda əməkdaşlıq etməkdə ittiham edib.
“Bizim strateji tərəfdaşımız terrorçu təşkilatla çiyin-çiyinə çalışırsa, bunu qəbul edə bilmərik”, – deyə Ərdoğan qeyd edib/Report.