XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 Sentyabr 2018 - 12:12

Azərbaycan, Rusiya və Monqolustan prezidentləri Bakıda keçirilən yarışı izləyiblər –FOTOLAR

Bakıda cüdo üzrə dünya çempionatı davam edir.

Sentyabrın 27-də, çempionatın sonuncu – səkkizinci günündə qarışıq komanda yarışları keçirilir.

Strateq.az Azərtac-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa və Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer Milli Gimnastika Arenasında keçirilən qarışıq komanda yarışlarına baxıblar.