XƏBƏR LENTİ

27 Sentyabr 2020

Digər Xəbərlər

27 Sentyabr 2018 - 16:45

Rusiya prezidenti:"Azərbaycanda rus dili ürəklərdə, beyinlərdədir"

“Rusiya Azərbaycanda rus dilinə həm dövlət, həm respublika ictimaiyyəti tərəfindən dəstəyi yüksək qiymətləndirir”. Bunu Rusiya prezidenti Vladimir Putin Bakıda iki ölkə regionlararası forumunda çıxışı zamanı deyib.

“Biz bunu-rus dilinə marağı görürük və qiymətləndiririk. Və təkcə Azərbaycan vətəndaşlarında rus dilinə marağı deyil, dövlət tərəfindən, bələdiyyələr və şəhərlər tərəfindən köməyi də görürük”-Putin bildirib.

Rusiya prezidenti xatırladıb ki, Azərbaycanda rus dilində tədris verən 300-dən çox məktəb var. Putinin sözlərinə görə, “ən başlıca baza (rus dilinin dəstəklənməsi) insanların ürəklərində, beyinlərindədir”.

Putin Rusiya ilə Azərbaycanın humanitar əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verdiyini də qeyd edib. Habelə turizm sahəsində təmasların inkişafının əhəmyyətindən danışıb. Onun sözlərinə görə, Xəzərdə dəniz səyahətini birgə inkişaf etdirmək planlaşdırılır.