Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev özünə daha iki yeni müşavir təyin edib.
Strateq.az “Report”a istinadən xəbər verir ki, yeni müşavirlər Hidayət Abdullayev və Samir Vəliyevdir.
Xatırladaq ki, Samir Vəliyev Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin oğludur. O, bundan əvvəl Təhsil Nazirliyində şöbə müdiri işləyib.
Strateq.az