XƏBƏR LENTİ

18 Sentyabr 2020
17 Sentyabr 2020

Digər Xəbərlər

27 Sentyabr 2018 - 18:43

Paşinyandan şok qərar –Koçaryan və Sarkisyanın ailə üzvləri ilə birlikdə diplomatik pasportları ləğv olundu

Ermənistanda diplomatik pasportdan məhrum edilən 254 vətəndaşın adı açıqlanıb.

Robert Koçaryan, həyat yoldaşı Bela Koçaryan, oğulları Sedrak və Levon, ikincinin həyat yoldaşı müğənni Siruşo, qızı Qayane, nəvələri Bella, Ani, Emma, David Mikael də diplomatik pasportsuz qalıblar.

Hətta Koçaryanın ofisinin rəhbəri Viktor Soqomonyanın da bu üstünlükdən məhrum edildiyi də vurğulanıb.

Diplomatik pasportdan məhrum edilənlərin siyahısında Sej Sarkisyan, onun həyat yoldaşı Rita Sarqsyan, qızı, qardaşı Aleksandr Sarqsyan, keçmiş xarici işlər naziri Edvard Nalbandyan, “Taşir qrupu”nun sahibi Samvel Karapetyan, keçmiş müdafiə naziri Seyran Ohanyan, oliqarx Qaqik Tsarukyanın ailəsi də var/Report.