XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

13 Fevral 2016 - 11:47

Keçmiş nazirin bağ evindən1 milyon dollar oğurlanıb

eli_abbasovAzərbaycanın keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun Görədil qəsəbəsində yerləşən bağ evindən 1 milyon dollar oğurlanıb.

Haqqın.az saytına hüquq-mühafizə orqanlarından bildirildiyinə görə, öqurluq hadisəsi nazirin vəzifəsindən azad edilməsindən bir neçə həftə sonra baş verib.

Məlumata görə, operativ-istintaq tədbirləri nəticəsində qarətçilər müəyyən edilərək saxlanılıb. Yaxın günlərdə haqqın.az baş verən hadisə ilə bağlı rəsmi orqanların mövqeyini təqdim edəcək.

Qeyd edək ki, Əli Abbasovun və digər yüksək vəzifəli şəxslərin timsalında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş rəhbərliyi korrupsiyada ittiham olunub. Nazirliyin 20-yə yaxın əməkdaşı həbs edilib, istintaq davam edir.