XƏBƏR LENTİ

03 Dekabr 2020

Digər Xəbərlər

28 Sentyabr 2018 - 09:46

İranda sensasiyalı qalmaqal:şəhidlərin xatirəsinə həsr edilmiş plakatda İsrail əsgərləri necə peyda olub?

İranın Şiraz şəhərində qurulmuş böyük plakat İran-İraq müharibəsində şəhid olanlara həsr edilmişdi, amma əksinə məsxərələrə səbəb olaraq tezliklə sökülüb. Çünki plakatda əks edilənlər İran yox, onun qatı düşməni olan İsrailin əsgərləri olub.

Bu yolverilməz səhvə görə Şirazın bələdiyyə idarəsi təhqiqata başlayıb.

Plakatda uçurumun qarşısında dayanmış üç əsgər buludlara baxan yerdə əks edilmişdi. Plakat 1980-1988-ci illərdə davam etmiş İran-İraq müharibəsinin 38-ci ildönümünə həsr olunmuşdu. Bu müharibədə İraq və İranın 500 min əsgəri həlak olub. Elə bu qədər də mülki əhali tələf olub.

Plakat qurulduqdan sonra bəzi Şiraz sakinləri şəkildəki əsgərlərin İsrailin hərbi formasında olduqlarına diqqət yetiriblər. Bundan sonra İranın sosial mediasında tənqid və məsxərə dalğası başlanıb.

Üstəlik bu da bəlli olub ki, plakatın orjinalındakı əsgər qadın redaktə olunaraq şəkildən çıxarılıb.

@bahmanazadi124 ünvanlı bir Twitter istifadəçisi sentyabrın 27-də yazıb: “Şiraz rəsmiləri “Şəhidlər həftəsini” inqilabi bir tərzdə qeyd edərək İsrail ordusunun üç əsgərinin nəhəng plakatını ucaldıblar”.

İstifadəçi 1979-cu ildə hakimiyyətə gəlmiş ruhani hakimiyyəti inqilabçı sözü ilə dolayıb:

Plakat hətta İsrail Xarici İşlər Nazirliyinin farsca “Twitter” hesabında da lağa qoyulub:
Sentyabrın 27-də Şiraz Şəhər Bələdiyyəsinin müdiri Səyyad Əhmədrza Dastgheyb deyib ki, sionist rejimin əsgərlərinin şəklindən istifadə edilməsinə dair təhqiqata başlanmasına göstəriş verib və deyib ki, günahkarlar ciddi cəzalandırılacaqlar.