XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 February 2016 - 13:24

Əli Abbasov 1 milyonluq oğurluq iddiasına cavab verdi

eli_abbasovKeçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Goradildəki bağ evindən 1 milyon dollar oğurlandığı barədə yayılan xəbərə reaksiya verib.

Anspress.com-a açıqlamasında Əli Abbasov bunları deyib:

“Mən də xəbərləri oxumuşam. Yazıblar ki, guya oğurluq edən şəxslər artıq həbs olunublar. Axı həbs birdən olmur. Bunun üçün məhkəmə olmalıdır. Bu hadisə nə vaxt baş verdi ki, məhkəmə də oldu? Həbs olunanlar kimlərdir? Adları belə yoxdur. Həm də yazırlar ki, bu işə MTN baxır. MTN-lə oğurluğun nə əlaqəsi? Guya bağımdakı iti də zərərsizləşdiriblər. Yazılanlar həqiqətə uyğun deyil”.

Əli Abbasov onu da əlavə edib ki, onun həqiqətən də 1998-ci ildən Goradildə bağ evi var. Amma oradan heç nə oğurlanmayıb.