XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

28 Sentyabr 2018 - 12:49

Baş prokuror “Mingəçevir olayı”ndan danışdı:"İlk hallarda səhlənkarlıq, maddi pozuntular müəyyən edirik"

“Mingəçevirdə “Azərbaycan” İstilik Elektrik Stansiyasında baş vermiş qəza ilə bağlı araşdırmalar davam edir”.

Strateq.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş prokuror Zakir Qaralov deyib.

Baş prokuror bildirib ki, hazırda mütəxəssislərin iştirakı ilə qurğulara baxış keçirilir:

“Bu gün də müstəntiqlərimiz hadisə yerindədirlər. Sözsüz ki, biz ilk hallarda həm səhlənkarlıq, həm ciddi maddi pozuntular müəyyən edirik. İstintaq təzə başlayıb. İstintaqın nəticəsi haqqında məlumat verəcəyik. “Azərenerji”nin yeni rəhbərliyi ilə birlikdə əsas məqsədimiz ondan ibarətdir ki, “Azərbaycan” İstilik Elektrik Stansiyasında qısa zamanda təmir-bərpa işi həyata keçirilsin ki, gələcəkdə belə xoşagəlməz hadisə baş verməsin”.