Bu gün Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinə məxsus zavodda yanğın olub.
Şirvan Şəhər Prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, zavodun 8-ci blokunda baş verən yanğın nəticəsində 2 nəfər xəsarət alıb.
Hazırda yanğın söndürülüb, ekspertiza təyin edilib. Yanğının səbəbləri araşdırılır.