XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 September 2018 - 15:16

Gürcüstanın baş naziri:"Qafqazda ən kiçik insident belə idarəolunmaz proseslərə gətirib çıxara bilər"

“Cənubi Qafqazda mövcud olan münaqişləri nəzərə alsaq, hətta ən kiçik insident belə ağır nəticələrlə müşayiət olunan idarəolunmaz proseslərə gətirib çıxara bilər”.

Bunu Gürcüstanın baş naziri Mamuka Baxtadze BMT baş Assambleyasının 73-cü sessiyasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, belə bir vəziyyətdə dünya birliyinin Rusiya-Gürcüstan münaqişəsi də daxil olmaqla, Cənubi Qafqazdakı münaqişələrin sülh yolu ilə nizamlanmasına ciddi dəstək verməsi olduqca vacibdir.

“Beynəlxalq ictimaiyyət bir olmalı və dövlətlərin bərabərliyi və beynəlxalq birlik tərəfindən tanınan sərhədlərin toxunulmazlığı prinsiplərini aktiv şəkildə dəstəkləməlidir. Çünki beynəlxalq hüquq normalarına riayət edilməsi və insan hüquqlarının qorunması bütün dünyada sülh və təhlükəsizliyi təmin etməyin yeganə yoludur”, – deyə Baxtadze bəyan edib.

Gürcüstanın baş naziri BMT tribunasından həmçinin, Rusiyanı üzərinə götürdüyü beynəlxalq öhdəliklərini yerinə yetirməməkdə və 2008-ci ildə imzalanan atəşkəs haqqında sazişə əməl etməməkdə günahlandırıb.(azvision.az)