XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

13 Fevral 2016 - 14:57

Avstriyanın enerji şirkəti Türkiyədəki “Petrol Ofisi”ni satır –Səhmləri “SOCAR" alır?

14553553704561445818_1000x669Avstriyanın enerji şirkəti “OMV” Türkiyədə sahib olduğu “OMV Petrol Ofisi A.Ş.” şirkətinin səhmlərinin hamısını satışa çıxarıb.

Şirkətdən verilən şərhdə “OMV Petrol Ofisi A.Ş.”nin səhmlərinin 100 faizinin satılması üçün bəzi şirkətlərlə danışıqlar aparıldığı bildirilir.

“OMV” 1785 “Petrol Ofisi” adlı yanacaqdoldurma şəbəkəsi ilə Türkiyə bazarının lideridir. Şirkət keçən il Türkiyədə 10 milyon tonluq satış reallaşdırdığını açıqlamışdı. “OMV” “Petrol Ofisi”ni 2010-cu ildə 1 milyard avroya Doğan Holdinqdən almışdı.

“SOCAR Turkey Enerji A.Ş.” Avstriyanın enerji şirkəti “OMV”nin Türkiyədəki “Petrol Ofisi” yanacaqdoldurma şəbəkəsini ala bilərmi?

Azertag.az xəbər verir ki, “SOCAR Turkey Enerji A.Ş.”nin rəhbəri Kənan Yavuz şirkətin “OMV Petrol Ofisi A.Ş.”nin səhmlərini alacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib:

“Bu mövzu ilə bağlı hazırkı dövrdə müsbət və ya mənfi bir cavab vermək istəmirəm. “OMV” səhmlərin satılacağı ilə əlaqədar hələ ki yeni açıqlama verib. Ona görə də alğı-satqı əməliyyatları üçün hələ çox tezdir. Qarşıdakı günlərdə bu məsələ ilə bağlı mövqeyimiz bilinəcək”.

Qeyd edək ki, Avstriyanın enerji şirkəti “OMV” Türkiyədə sahib olduğu “OMV Petrol Ofisi A.Ş.” şirkətinin səhmlərini satışa çıxarıb. Şirkət “OMV Petrol Ofisi A.Ş.”nin səhmlərinin 100 faizinin satılması üçün bəzi şirkətlərlə danışıqlar aparır. “OMV” özünün 1785 “Petrol Ofisi” adlı yanacaqdoldurma şəbəkəsi ilə Türkiyə bazarının lideridir.

SOCAR 2012-ci il mayın 30-dan etibarən Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.” adı ilə davam etdirir.