Ukrayna NATO-nun de-fakto şərq cinahıdır.
AZƏRTAC xəbər verir ki, bu fikri Ukrayna Prezidenti Petro Poroşenko ABŞ Sahil Mühafizəsində Ukraynaya iki patrul gəmisinin təqdim edilməsi mərasimində çıxışı zamanı söyləyib.
O bildirib ki, ABŞ-ın bu jesti Ukraynanın müdafiə imkanlarının gücləndirilməsinə yönəlik addım kimi qiymətləndirilməlidir.
Prezident vurğulayıb ki, Ukraynanın əsas məqsədi NATO-ya üzv olmaqdır və cəmiyyət Avro-Atlantik inteqrasiyanın uğuruna inanır.