XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

24 Aprel 2015 - 14:15

Bakı şəhər Baş Polis İdarəsində qanvermə aksiyası oldu – FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramının icrası çərçivəsində Bakı şəhər Baş Polis İdarəsində qanvermə aksiyası həyata keçirilib.

Baş İdarənin və ərazi polis orqanlarının şəxsi heyəti mart ayının 11-dən başlayaraq, yüksək fəallıqla qanvermə aksiyasında iştirak ediblər.

Qeyd edək ki, Respublika Elmi Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının xüsusi tibb briqadası tərəfindən götürülən qan nümunələrinin laboratoriyada müayinə edildikdən sonra talassemiyalı və digər irsi qan xəstələrinin müalicəsində istifadə olunacaq. Aksiya zamanı qan verən şəxslərə tam gigiyenik şəraitdə tibbi xidmət göstərilib. Toplanan qan Mərkəzi Qan Bankına təhvil verilib.