XƏBƏR LENTİ

28 Sentyabr 2020

Digər Xəbərlər

29 Sentyabr 2018 - 13:14

ABŞ Suriyanı hədələyib:"Sərt beynəlxalq sanksiyalar tətbiq edə bilərik"

“Əgər Suriya höküməti yeni konstitusiya layihəsi üzərində işləmək istəməsə, ABŞ müttəfiqləri ilə birlikdə bu ölkəyə qarşı daha sərt sanksiyalar tətbiq edə bilər”.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri bildirib.

“Əgər Suriya prezidenti Bəşər Əsədin rejimi bunu etsə, o zaman biz hesab edirik ki, 2015-ci ilə qədər İrana qarşı etdiklərimizi, yəni həqiqətən sərt beynəlxalq sanksiyalar tətbiq edə bilərik”, – o deyib.

Diplomat qeyd edib ki, ABŞ Suriyaya qarşı təcrid strategiyasını seçə bilər: “Hətta BMT Təhlükəsizlik Şurası sanksiyaları dəstəkləməsə belə, biz Avropa İttifaqı, Asiyadakı müttəfiqlərimiz vasitəsilə onları tətbiq edəcəyik”.