XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

29 Sentyabr 2018 - 17:26

Bakı Şəhər Baş Polis İdarəsindən Qarabağ mitinqi ilə bağlı açıqlama:"İctimai asayişin pozulması halları qeydə alınmayıb"

Sentyabrın 29-da bir sıra siyasi partiya və ictimai birlik rəhbərlərinin yaratdığı Qarabağ Komitəsi “Qarabağa azadlıq!” şüarı ilə Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinq keçirib.

Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, saat 15.00-dan 17.00-dək davam edən toplantıda Qarabağ Azadlıq Təşkilatı, Azərbaycan Xalq Partiyası, Klassik Xalq Cəbhəsi, Ümid, Milli Demokrat, Azərbaycan Liberal Demokrat, Gələcək Azərbaycan, Vətəndaş və İnkişaf, Vətəndaş Həmrəyliyi partiyaları, Ağ Partiyası, eləcə də Müsavat və Azərbaycan Xalq Cəbhəsi partiyalarının üzvləri, qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 2000 (iki min) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib: “Bu zaman ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb”.