Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Al Səud və ABŞ-ın prezidenti Donald Tramp arasında telefon danışığı zamanı neft bazarının sabitliyini və dünya iqtisadiyyatının artmasını təmin etmək üçün tədarükün saxlanılmasına dair göstərilən səyləri müzakirə ediblər.
“SPA” dövlət informasiya agentliyi xəbər verir ki, söhbət əsnasında, həmçinin ikitərəfli strateji münasibətlər və bu münasibətlərin inkişaf yolları, dünyada və regiondakı vəziyyət də müzakirə olunub.